Bayramovla Mirzoyanın Maltada görüşü olacaq?

SİYASƏT
14:20 / 05.12.2024
293

“ATƏT-in XİN Şurasının iclası çərçivəsində Maltada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır”.

HİT.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

Onun sözlərinə görə, Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü planlaşdırılmayıb.

Qeyd edək ki, hər iki nazir Maltada keçirilən ATƏT-in XİN Şurasının 31-ci iclasında iştirak edir.

0