“Azərbaycanın prinsipial mövqeyi bundan ibarətdir ki, Ermənistan konstitusiyasında ciddi dəyişiklik edilsin. Ermənistan konstitusiyasının giriş hissəsində Azərbaycana qarşı ərazi iddiaları dəyişməlidir. Bu ölkəmizin prinsipial mövqeyidir”.
Bu fikri Hit.az-a siyasi şərhçi Mətin Məmmədli deyib.
O bildirib ki, təəssüf ki, Ermənistan hələ də konstitusiya dəyişikliyi məsələsinə qeyri-müəyyən mövqe nümayiş etdirir:
“Ermənistan hakimiyyəti bu məsələdə konstruktiv mövqe nümayiş etdirmir. Təəssüf ki, iki ölkə arasında sülh sazişinin imzalanmasına mane olaraq qalmaqda davam edir”.
Sevinc