"Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan öz ərazisində işləri sürətlə davam etdirir, Araz körpüsünün tikintisi davam edir".
HİT.az APA-ya istinadən xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı son müsbət qərar yoxdur.
Ceyhun Bayramov bildirib ki, Ermənistanla sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb.
Nazir qeyd edib ki, 2 maddə ilə bağlı işlər isə davam edir. Ceyhun Bayramob bildirib ki, postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını və mətn üzrə mübadilələri davam etdiriblər:
"Bu il ən böyük tədbir - COP-29-a ev sahibliyi etmişik və burada çox mühüm qərarlar qəbul edilib".