Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddini qəbul edib.
HİT.az xəbər verir ki, bu barədə səfir “X” platformasındakı paylaşımında bildirib.
Diplomat Pakistan-Azərbaycan əməkdaşlığını bütün sahələr üzrə irəlilətməyə daha da sadiq olduqlarını bildirib.