"Müasir Azərbaycanın memarı Ümummilli lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən müdrik iqtisadi siyasət nəticəsində ötən 21 il ərzində Azərbaycanda misli görünməmiş quruculuq işləri aparılıb, xüsusilə də iqtisadi, sosial sahələrdə möhtəşəm uğurlara imza atılıb. Sözsüz ki, bu nailiyyətlərin hər birinin təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik irsi və unikal inkişaf modeli dayanır. Xalqın gələcəyini düşünən əbədiyaşar lider zamanı qabaqlayaraq, ölkəyə rəhbərliyinin bütün dövrlərində respublikamızın davamlı inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görmüş, Azərbaycanın strateji maraqlarının təmin edilməsi üçün zəruri və qəti addımlar atıbdır".
Bu sözlər Hit.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
O bildirib ki, İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunub, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma “Dağlıq Qarabağ problemi” barədə Qərb dünyasında oybektiv rəy formalaşmasında dönüş yaranmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, həlli yolunda mühüm addımlar atılıb:
"Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri olub. 2003-cü il oktyabrın 15-də keçirilmiş Prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm əlamətdar hadisə kimi qalıb, müasir siyasi tariximizə yeni mərhələnin başlanması kimi daxil olub. Bununla da ölkəmizdə keyfiyyətcə yeni inkişaf mərhələsi başlanıb. Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlməsindən sonra əsas fundamental işi güclü Azərbaycanı qurmaq və iqtisadi qüdrətini artırmaqla bir nömrəli problemimizi - Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizi azad edilməsini həll etmək idi. Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərlə Ermənistanın işğalına son qoydu, ərazi bütövlüyünü təmin etdi və Ali Baş Komandan İlham Əliyev ən böyük missiyasını və ata vəsiyyətini yerinə yetirdi. Hazırda Zəfər missiyası azad edilmiş ərazilərdimizdə uğurla davam etdirilir.
Qələbədən sonrakı 4 il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 18 milyard ABŞ dolları vəsait ayrıldı. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilmiş və uğurla icra edilir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək".
Sevinc