Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi 2025-ci ildə imzalanacaq? - RƏY

SİYASƏT
13:48 / 24.12.2024
96

"Təəssüf ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 2024-ci ildə imzalanmaq şansı tamamilə bitdi".

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

Onun fikrincə, hətta 2025-ci ildə belə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanma ehtimalları azdır:

"Çünki sözügedən müqavilənin imzalanmasını sürətləndirən və mümkün edən çox əhəmiyyətli şərtlər var. Hansı ki, Ermənistan hakimiyyəti açıq şəkildə bunları yerinə yetirməkdən boyun qaçırır. Rəsmi İrəvan bu gün Azərbaycanın birinci təklif etdiyi sülh müqaviləsi layihəsinin üzərindəki işi olduqca ləng aparır. 

Əsasən də pozucu və ləngidici xarakter daşıyan əlavələr etməyə çalışır. Sözsüz ki, bu səbəblərə görə tərəflər arasında sülh müqaviləsinin 2025-ci ildə imzalanma ehtimalları da zəifləyir".

364718

Ekspert bildirib ki, Azərbaycanın təklif etdiyi mühüm şərtlər Ermənistan tərəfindən nəzərə alınmadığı üçün sülh müqaviləsinin imzalanma ehtimalları günü-gündən zəifləyir:

"Yəni bununla bağlı bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərindədir. Həmçinin, Ermənistan Konstitusiyasının dəyişdirilməlidir. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları oradan çıxarılmalıdır. 

Bundan başqa, ATƏT-in Minsk qrupunun buraxılmasına da birgə imza atılmalı və Ermənistan tərəfindən Azərbaycanla sərhəddə xarici missiyaların yerləşdirilməsi fikrindən imtina olunmalıdır. Bunlarla yanaşı, rəsmi İrəvan ölkəmizə qarşı beynəlxalq hüquq müstəvisində əsassız ittihamlarından və iddialarından geri çəkməlidir".

Aydın Quliyev vurğulayıb ki, yalnız bu addımlar atıldıqdan sonra Ermənistanın sülhə hazır olduğunu söyləmək olar:

"Əfsuslar olsun ki, İrəvan hakimiyyəti özünü sülhə hazırlamır və bu istiqamətdə lazımi addımları atmır. Bu isə o deməkdir ki, 2025-ci ildə Azərbaycanla sülh müqaviləsi imzalamaq Ermənistanın daxili və xarici siyasətində əsas gündəlikdə duran məsələ deyil". 

Pərviz

0