Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
HİT.az xəbər verir ki, təbrikdə deyilir:
"Çox hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, firavanlıq və bütün işlərinizdə uğurlar, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
Sizin səmərəli fəaliyyətiniz sayəsində bütün dünya Azərbaycanın nailiyyətləri haqqında məlumatlıdır.
Məni Azərbaycan xalqı ilə birləşdirən bağlar təkcə mənəvi qohumluq və ortaq köklər deyil, həm də Sizin ölkənizin görkəmli nümayəndələri ilə çoxillik münasibətlərdir. Onların arasında atanız – böyük Heydər Əliyev də var.
O, müdrik siyasi xadim idi və Siz ölkəni yeni zirvələrə apararaq atanızın işini layiqincə davam etdirirsiniz.
Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm.
Qoy qardaşlığımız, dostluğumuz daha da möhkəmlənsin və başımızın üzərində həmişə aydın səma olsun!"