Ermənistan 2025-ci ildə konstitusiyasını dəyişəcək? - RƏY

SİYASƏT
10:18 / 26.12.2024
93

"Ermənistan Konstitusiyası 2025-ci ildə dəyişə bilər". 

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Ermənistan Konstitusiyasının gələn il dəyişilməsi siyasi proseslərin gedişatından asılı olacaq:

"Nəzərə almaq lazımdır ki, bu məsələ Azərbaycan üçün prioritetdir. Rəsmi Bakı bununla bağlı İrəvan hakimiyyətinə güzəştə getməyi düşünmür. Çünki Ermənistan bunun üçün heç bir yol da saxlamayıb". 

364860

Lakin ekspert onu da diqqətə çatdırıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da konstitusiyada dəyişikliklər olması ilə bağlı qərarı birbaşa verə bilmir:

"O, müxalifətin reaksiyasından çəkinir. Ona görə də hakimiyyətini gücləndirməyə çalışaraq, belə addım atmaq istəmir. Bu baxımdan, 2025-ci ildə Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları olan bəndlərin dəyişdirilməsi məsələsi gündəmdə olacağını düşünürəm. 

Hətta Azərbaycan ilə Ermənistan arasındakı sülh danışıqlarının əsas hissəsini məhz bu məsələnin həlli təşkil edəcək. Hesab edirəm ki, gələn il Ermənistan Konstitusiyasındakı müvafiq maddələrin dəyişilməsi ilə bağlı ehtimallar kifayət qədər yüksəkdir".

Pərviz

0