Azərbaycan qəzanın MDB Beynəlxalq Aviasiya Komitəsi tərəfindən araşdırılması barədə Rusiya və Qazaxıstanın təklifini rədd edib

SİYASƏT
12:03 / 27.12.2024
77

Qəzadan sonra Rusiya və Qazaxıstan hadisənin MDB-nin Beynəlxalq Aviasiya Komitəsi tərəfindən araşdırılmasını təklif edib.

APA-nın hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan bu təklifdən imtina edib.

Rəsmi Bakı hadisənin beynəlxalq ekspertlər və “Embraer” mütəxəssislərindən ibarət qrup tərəfindən araşdırılmasını tələb edir.

Azərbaycan hesab edir ki, “Qara qutu”ların oxunması da bu qrup tərəfindən təmin olunmalıdır.

0