Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
HİT.az xəbər verir ki, COP29-da Azərbaycana səfərini məmnunluqla xatırlayan Əbdüllətif Camal Rəşid bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. İraq Prezidenti, eyni zamanda, təyyarə qəzası ilə əlaqədar bir daha başsağlığını ifadə etdi.
Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirdi.
Dövlət başçısı İraq Prezidenti ilə görüşlərini və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırladı.
Görüşdə Azərbaycanla İraq arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birbaşa təyyarə reyslərinin təşkili və hökumətlərarası komissiyanın fəaliyyəti ilə əlaqədar məsələlərə toxunuldu. Həmçinin Yaxın Şərqdəki vəziyyət müzakirə edildi, regionda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyi bir daha vurğulandı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.
16:25
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də qarşı tərəfin müraciəti əsasında İraqın Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
HİT.az-ın məlumatına görə, görüş Davosda baş tutub.