"Xocalıda bütün insanlığa qarşı misilsiz cinayət törədilib" - AÇIQLAMA

SİYASƏT
10:07 / 26.02.2025
87

"1992-ci ilin 26 fevralında Xocalıda Azərbaycan xalqına və ümumiyyətlə bütün insanlığa qarşı misilsiz cinayət törədilib".

Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, üzərindən 33 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı və dövləti Xocalı soyqırımını bir an belə unutmayıb:

368383

"Rəsmi Bakı bu faciəni törədənlərin aşkar olunması və cinayətkarların cəzalandırılması ilə bağlı bütün addımları atıb. Xocalı soyqırımını törədənlərin mühakimə olunması üçün hər kəs üzərinə düşəni etməyə çalışıb. Əfsuslar olsun ki, Xocalı soyqırımının müqəssirlərinin hamısı tam şəkildə cəzalandırılmayıb. Lakin biz inanırıq ki, bu faciəni törədən cinayətkarlar gec-tez öz cəzalarını çəkəcəklər".

Ekspert vurğulayıb ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı:

"Xocalının düşmən işğalından azad olunması Xocalı qurbanlarının xatirəsinə böyük bir ərmağan idi. Azərbaycan torpaqlarının erməni işğalından azad olunması Xocalı qurbanlarının və bütün şəhidlərimizin ruhunu şad etdi. Bu gün Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Bu, şəhidlərimizin xatirəsinə ən böyük ehtiram və hörmətdir".

Aydın Quliyev qeyd edib ki, Xocalı qatilləri üçün beynəlxalq tribuna qurulmalıdır:
"Xocalı soyqırımı bütün insanlıq və bəşəriyyət əleyhinə bir cinayət idi. Ona görə də bu vəhşiliyi edənlər beynəlxalq məhkəmələrdə öz layiqli cəzalarını almalıdırlar. Onlar üçün mütləq şəkildə beynəlxalq tribuna qurulmalıdır. Biz inanırıq ki, dövlətimiz buna da nail olacaq".

Pərviz

0