Şəhidlərimizin ruhunu məhz azadlığına qovuşmuş Xocalıda anmaq xalqımıza qürur hiss yaşadır

SİYASƏT
15:55 / 26.02.2025
111

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı azərbaycanlılara qarşı törədilən soyqırımdan 33 il ötür.

Bu faciənin 33-ci ildönümü artıq fərqli şəkildə anılır. Çünki bu gün torpaqlarımız işğaldan azaddır.

Xocalı soyqırımı qurbanlarının, şəhidlərimizin qisası alınıb. 44 günlük Vətən müharibəsi Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şanlı qələbəsi ilə yekunlaşıb. 

2023-cü ilin sentyabrında antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa edib.

Hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət və peşəkarlıq göstərərək, ağır relyef şəraitinə, düşmən mövqelərinin əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, 23 saatdan az müddət ərzində separatçıları torpaqlarımızdan qovub.

Hit.az xəbər verir ki, Xocalı soyqırımı fevralın 26-da artıq Xocalının özündə anılır.

Qeyd edək ki, Azərbaycan xalqı üçün Xocalı faciəsi sağalmaz yaradır.

Xocalı soyqırımı zamanı insanlarımızın başına açılan min bir əzab-əziyyət bütün dünyaya məlumdur.

Ümumiyyətlə, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.

Vəhşicəsinə öldürülən və qeyri-ənənəvi üsulla basdırılan şəxslərin meyiti bu gün bərpa-quruculuq işləri zamanı aşkar olunur.

Şəhidlərimizin ruhunu məhz azadlığına qovuşmuş Xocalıda anmaq xalqımıza qürur hissləri yaşadır. 

Sevinc

0