Eldar Rza oğlu İbrahimov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
HİT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Eldar İbrahimov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Azərbaycanın siyasi xadimi, I, II, III, IV, V, VI və VII çağırış Milli Məclisin deputatı Eldar İbrahimovun sabah 80 yaşı tamam olur.