Ədalət Partiyasının qurultayının keçiriləcəyi tarix məlum oldu

SİYASƏT
17:53 / 19.04.2025
53

Ədalət Partiyasının qurultayının keçiriləcəyi tarix məlum olub.

Bu barədə APA-ya Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli bildirib.

Bu gün partiyanın Ali Məclisi qurultayın 17 may tarixində keçirilməsi barədə qərar verib. Qurultayda partiyanın yeni sədri seçiləcək, rəhbər orqanlar müəyyənləşəcək.

Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.

0