İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış edib - YENİLƏNİB

SİYASƏT
18:42 / 07.05.2025
77

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.

HİT.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

18.17

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə geniş tərkibdə görüşü olub.

HİT.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

17.20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə məhdud tərkibdə görüşü olub. 

HİT.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

16.38

Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də rəsmi qarşılanma mərasimi olub.

HİT.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinə raport verib.

Vyetnam Sosialist Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın qarşısından keçib.

Sonra rəsmi foto çəkdirilib.

16.10

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayın 7-də Azərbaycan Respublikasına dövlət səfərə gəlib.

HİT.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

0