Beynəlxalq Türk Dünyası İqtisadiyyat Konfransı TİKA-nın Dəstəyi ilə Bakıda baş tutub - FOTO

SİYASƏT
15:44 / 16.05.2025
71

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Türk Dünyası İqtisadiyyat Fakültəsi tərəfindən təşkil edilən Beynəlxalq Türk Dünyası İqtisadiyyat Konfransı Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutub.

TİKA-nın dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti, Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) və Türk Dünyası İqtisadiyyat Fakültəsi tərəfindən 16–17 may 2025-ci il tarixlərində keçirilən Beynəlxalq Türk Dünyası İqtisadiyyat Konfransının açılış mərasimində Türkiyənin Bakıdakı səfiri professor, doktor Birol Akgün, Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırış Samsun millət vəkili professor, doktor İlyas Topsakal, TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, TDAV sədri Közhan Yazğan, Türk Dünyasından akademiklər və tələbələr iştirak etdilər.

Açılış nitqində  Türkiyənin Bakıdakı səfiri Birol Akgün elmi tədqiqatların Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasındakı əlaqələri gücləndirdiyini vurğulayıb.

“Səfirlik olaraq bütün səviyyələrdə təhsil müəssisələrinin, akademiklərin, ziyalıların və Türkiyədən təhsil almaq üçün gələn təxminən 5 min tələbənin hər mövzuda yanında olmağa çalışırıq,” – deyə səfir bildirib.

TBMM-in 28-ci çağırış Samsun millət vəkili Topsakal isə Türk Dünyası İqtisadiyyat Fakültəsinin hələ “Türk Dünyası” anlayışının yeni-yeni elmi ədəbiyyata daxil olduğu dövrdə təsis edildiyini və bu fakültənin onun akademik karyerasında mühüm yer tutduğunu qeyd etdi. Topsakal bildirib: “Tarixdə də, bu gün də Türk Dünyasının elmi baxımdan ağırlıq mərkəzi Bakı olub. Fikirlər, elmi araşdırmalar burada toplanır, müzakirə olunur və Türk Dünyasına yayılır.”

Konfransa verdiyi dəstəyə görə TİKA-nın adından TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelikə təşəkkür plaketi Türkiyənin Bakıdakı səfiri professor, doktor Birol Akgün tərəfindən təqdim olundu.

0