Ekspert: "Türk Dövlətləri Təşkilatı beynəlxalq güc mərkəzinə çevrilməkdədir"

SİYASƏT
09:41 / 22.05.2025
60

"Türk Dövlətləri Təşkilatı (TDT) artıq beynəlxalq güc mərkəzinə çevrilməkdədir".

Bu sözləri politoloq Elçin Abdullayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, dünyada sözügedən təşkilatın nüfuzu getdikcə artır:

"Artıq bunu açıq şəkildə görə bilirik. Türk bayraqları altında birləşən bu təşkilatın əsas aparıcı dövlətləri də məhz Azərbaycan və Türkiyədir. Bu da ayrı bir qürur mənbəyidir. Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu təşkilatın inkişafındakı rolları danılmazdır. Nəticədə, bu gün Türk Dövlətləri Təşkilatı qlobal gücə çevrilib". 

Ekspert qeyd edib ki, bu gün Türk Dövlətləri Təşkilatı böyüyür və yüksələn xətlə inkişaf edir:

"Bunun isə zərurətdən doğduğunu düşünürəm. Nəzərə almaq lazımdır ki, dünyada baş verən kataklizmlər zərurət yaratdı. Ona görə də yeni dünya nizamında türk dövlətləri də olmalıdır. Yalnız o halda, ədalətli bölgü olar". 

373991

Politoloq diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatını milli və mədəni dəyərlər birləşdirir:

"Artıq bu birlik yeni iqtisadi və siyasi güc olaraq da meydana çıxır. Təşkilata üzv dövlətlərin yerləşdiyi coğrafiya və onların birgə sahib olduğu güc faktoru burada olduqca mühüm rol oynayır. 

Həmçinin, türk dövlətlərini birləşdirən əhəmiyyətli layihələr var. Hansı ki, onların həyata keçirilməsi dünya üçün faydalıdır. Həmin layihələrdən birinin də Zəngəzur dəhlizi olduğu reallıqdır. Elə türk dövlətlərini birləşdirən əsas amillərdən biri də Zəngəzur dəhlizidir. Bu dəhliz logistika baxımından dünya üçün böyük əhəmiyyət kəsb edir". 

Pərviz

0