"İslam həmrəyliyi, islamafobiya meylləri ilə mübarizə Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biridir. Son illər bu istiqamətdə ölkəmiz böyük fəallıq göstərir".
Bu fikirləri Hit.az-a siyasi şərhçi Mətin Məmmədli deyib.
Onun sözlərinə görə, artıq 3 ildir ki, ölkəmiz islamafobiya ilə mübariz adı altında beynəlxalq elmi, siyasi konfranslar keçirir. Keçirilən konfranslar isə olduqca mötəbərdir, dünyanın müxtəlif nümayəndələrindən insanlar iştirak edir:
"Konfrans zamanı ideya və fikirlər səsləndirilir. Ölkəmizin fəaliyyətinin əsas məqsədi ondan ibarətdir ki, İslam dünyanı bu kimi zərərli meyllərlə mübarizədə vahid mövqe nümayiş elətdirsin. Ancaq hər şey Azərbaycanın istəyi ilə asılı deyil. Müəyyən səbəblər var ki, onlar islam dünyasının vahid mövqedən çıxış etməsinə təsir göstərir. Burda bəzi ölkələrin marağı var".
Siyasi şərhçi hesab edir ki, Azərbaycan bu istiqamətdə fəaliyyət göstərməklə dünyada islamafobiya meyllərinə qarşı mübarizəyə töhfə verir.
Sevinc