"Prezident Rəcəb Tayyib Ərdoğan 2025-ci il mayın 28-də Müstəqillik Gününü qeyd etmək üçün Azərbaycana səfər edəcək".
HİT.az az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun X sosial media hesabında yazıb.
O, bildirib ki, bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı iki ölkə arasında münasibətlər, eləcə də cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur:
"Bundan əlavə, Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə "Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvə Toplantısı"nın 2-ci Toplantısı keçiriləcək. Səfər zamanı prezidentimiz Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək və Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş mədəniyyət tədbirini keçirəcək".
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, Bağımsızlık Günü münasebetiyle 28 Mayıs 2025 tarihinde Azerbaycan’ı ziyaret edeceklerdir.
— Fahrettin Altun (@fahrettinaltun) May 27, 2025
Bu vesileyle Azerbaycan Cumhurbaşkanı Sayın İlham Aliyev’le yapılacak görüşmelerde, iki ülke ilişkilerinin yanı sıra güncel bölgesel ve…