Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

SİYASƏT
12:08 / 06.06.2025
115

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda səsverməyə çıxarılıb və qəbul olunub. Bununla da Muxtar Respublikanın Konstitusiyasının dəyişdirilməsi ilə bağlı ilk mərhələ yekunlaşıb.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Modern.az-a açıqlamasında bildirib ki, buna baxmayaraq hələ qarşıda iki prosedur qalıb: Ali Məclisin sədri qanunu imzalamalı və təsdiq olunmaq üçün Azərbaycan Milli Məclisinə təqdim etməlidir:

"Təbii ki, ərazi bütövlüyü təmin olunan dövlətimizin idarəetmədə müəyyən dəyişiklik etməsi gözlənilən idi. Baş verən proseslərdən sonra Naxçıvan Konstitusiyasında da dəyişikliklərə ehtiyac duyulurdu. Əslində son 5 ildə belə bir zərurət yaranmışdı. Ali Məclisin sessiyasında da həmin məsələlərə baxıldı və sənəd ikinci oxunuşda qəbul edildi. Artıq lahiyə Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunacaq".

Deputat söyləyib ki, Naxçıvan Ali Məclisində hansı islahatların və dəyişikliklərin olacağı ilə bağlı detalları hələ ki söyləmək mümkün deyil:

"Çünki layihə Milli Məclisə təsdiq üçün göndərildikdə dəyişikliklərlə tanış ola biləcəyik. Ona görə də bu məsələnin detalları ilə bağlı əlavə nəsə söyləyə bilmərəm".

0