Şahin Abdulla oğlu Mustafayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
HİT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Şahin Mustafayev Azərbaycanın sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, sabah Şahin Mustafayevin 60 yaşı tamam olur. 1965-ci ildə Ermənistanın Barana (Noyemberyan) rayonunun Cucevan kəndində anadan olan Şahin Mustafayev iqtisadi inkişaf naziri (2008-2013), iqtisadiyyat və sənaye naziri (2013-2016) və iqtisadiyyat naziri (2016-2019) olub. O, 2019-cu ildən baş nazirinin müavinidir.