Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycana gəlib.
HİT.az xəbər verir ki, hava limanında Ersin Tatarı xarici işlər nazirinin müavini Samir Şərifov və Türkiyə səfiri Birol Akgün qarşılayıb.
Onun iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə müşahidəçi ölkənin dövlət başçısı kimi iştirakı nəzərdə tutulub. Eyni zamanda E.Tatarın səfər çərçivəsində onun bir sıra tədbirlərə qatılacağı gözlənilir.
Bundan başqa, Şimali Kipr Prezidentinə Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi nəzərdə tutulub.