Xaricdəki diplomatlarımız Bakıya çağırıldı

SİYASƏT
10:29 / 07.07.2025
68

Azərbaycanın xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Bakıya dəvət edilib.

Modern.az-ın məlumatına görə, diplomatlar xarici işlər naziri və nazir müavinləri ilə görüşəcəklər.

Görüş zamanı geosiyasi vəziyyət müzakirə ediləcək.

Qeyd edək ki, birisi gün - iyulun 9-da diplomatların peşə bayramıdır. Hər il bu məqsədlə diplomatlar Bakıya toplaşırlar.
 

0