Prezident bu şəxslərə diplomatik rütbə verdi

SİYASƏT
16:59 / 08.07.2025
96

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilib.

HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Məmmədov İlham Nəriman oğlu
Mərdəliyev Seymur Qurban oğlu

ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Məmmədov Raman Ağamalı oğlu
Səfərova Nərgiz Abbasqulu qızı

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri İldırım İmran oğlu Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

0