Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş başa çatıb.
HİT.az bu barədə Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.
13.42
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüş yenidən təkbətək formatda davam edir.
HİT.az bu barədə Trend-ə istinadən xəbər verir.
Qeyd edək ki, görüş dörd saatdan çoxdur davam edir. Görüş nümayəndə heyətlərinin iştirakı ilə başlayıb, daha sonra Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında təkbətək formatda davam edib. Sonra nümayəndə heyətlərinin iştirakı ilə fasilədən sonra danışıqlar davam etdirilib.
11.50
İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü olub.
HİT.az xəbər verir ki, sonra görüş nümayəndə heyətlərinin iştirakı olmadan təkbətək formatda davam edib.
09.50
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
HİT.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.