Çilili jurnalist: İlham Əliyevin Media Forumunda çıxışı dünyanın diqqətini çəkdi

SİYASƏT
19:49 / 20.07.2025
48

Azərbaycan Prezidenti İlham Əliyevin 3-cü Şuşa Qlobal Media Forumunda çıxışı dünya ictimaiyyətinin diqqətini cəlb edib və beynəlxalq mətbuatda geniş işıqlandırılıb.

Bu barədə "Report"a Çilinin "El Periodista" nəşrinin direktoru Fransisko Martorel məlumat verib.

Onun sözlərinə görə, ən böyük marağı dövlət başçısının Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələyə toxunması, eləcə də Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişi ilə bağlı bəyanatları doğurub.

"Dünən mənə prezident İlham Əliyevlə görüşdə iştirak etmək qismət oldu. Onun nitqi zəngin və əhatəli idi - o, geosiyasi vəziyyət, iqlim çağırışları və ümumən beynəlxalq gündəmə dair maraqlı təhlillər verdi. “Düşünürəm ki, iki əsas məqam - təyyarəyə hücumla bağlı Rusiyaya qarşı iddia qaldırması və Ermənistanla sülh sazişinin imzalanmasına yanaşma dünya mətbuatında təhlil obyektinə çevrilib”, - Martorell qeyd edib.

O, dövlətimizin başçısı ilə şəxsi ünsiyyəti haqqında təəssüratlarını da bölüşüb.

0