Partiya sədri: “Proses artıq bizim yox, polisin nəzarətindədir”

SİYASƏT
20:17 / 29.05.2020
1386

"İstənilən halda proses artıq bizim yox, polisin nəzarətindədir”.

Hit.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı sabiq Baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin ofisində olarkən özünü "qonşu” kimi təqdim edən qadının onlara hücumundan hüquq-mühafizə orqanlarına edilən şikayətdən danışarkən deyib. Sədrin sözlərinə görə, sözü gedən şikayətlə bağlı hələlik heç bir yenilik yoxdur:

"Belə ki, şikayətin olunduğunun ertəsi günü Pənah bəylə iki dəfə polis əməkdaşı əlaqə saxlayaraq izahat almalı olduğunu bildirib. Pənah bəy də onu ofisə dəvət edib. Ancaq bundan sonra nə polis əməkdaşı ofisə gəlib, nə də şikayətlə bağlı hər hansı bir məlumat verilib. Yəni, hələlik bu istiqamətdə heç bir hərəkətlilik yoxdur”.

Tural Abbaslı qeyd edib ki, nə onun, nə də Pənah bəyin hansısa qonşunu şikayət esib cəzalandırmaq niyyətləri yoxdur:

"Bu şikayət daha çox bizə qarşı ola biləcək təxribatı önləmək üçün edilmişdi. Əgər ortada təxribat olmayacaqsa, kimlərinsə polisə dəvətinin və xüsusi araşdırmanın tərəfdarı da deyiləm mən. İstənilən halda proses artıq bizim yox, polisin nəzarətindədir”.

Qeyd edək ki, Azərbaycanın keçmiş baş naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin və AĞ Partiyanın başqanı Tural Abbaslı özünü "qonşu" kimi təqdim edən bir qadının hücumuna məruz qalıb.

0