Bakıda Suriyanın xarici işlər naziri Əsəd Həsən Əl-Şeybani ilə İsrailin strateji işlər naziri Ron Dermer arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, bu barədə AFP öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Əsəd Həsən Əl-Şeybani iyulun 30-da Rusiyanın paytaxtı Moskvada səfərdə olub.
O, israilli nazirlə danışıqlar üçün Moskvadan Bakıya gəlib.
Diplomatik mənbə bildirib ki, görüşdə xüsusilə Suriyanın cənubundakı təhlükəsizlik vəziyyəti ciddi müzakirə predmeti olub.
Müxtəlif ərəb və İsrail mediası görüşün iyulun 31-də baş tutduğunu yazıb.