Fransanın Bakıdakı səfirliyi Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışlayıb.
HİT.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Fransa Vaşinqtonda Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmanın elan edilməsini alqışlayır", - paylaşımda qeyd olunub.
?? Fransa Vaşinqtonda prezident Trampın himayəsi altında prezident Əliyev və baş nazir Paşinyan arasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sazişin elan edilməsini alqışlayır.
— France en Azerbaïdjan ???? (@FranceBakou) August 9, 2025
Bəyanatın tam mətni ⬇️ //t.co/FNUcyaWUf0