Ağ Evin rəmzi açarı indiyədək kimlərə hədiyyə edilib? – ARAŞDIRMA

SİYASƏT
19:52 / 09.08.2025
56
Məlum olduğu kimi, Vaşinqtonda Azərbaycan və ABŞ hökumətləri arasında Strateji İşçi Qrupunun yaradılması haqqında anlaşma Memorandumunun imzalanmasından sonra ABŞ Prezidenti Donald Trump Azərbaycan Prezidenti İlham Əliyevə Ağ Evin rəmzi açarını təqdim edib.
 
ABŞ lideri açarı təqdim edərkən "Sizə hədiyyəm var. Bu Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm", - deyə vurğulayıb.
 
Ağ Evin rəmzi açarı ideyası necə ortaya çıxıb?
 
Trampın şəxsi təşəbbüsü ilə yaradılmış bu hədiyyə – Ağ Evin rəmzi "açarı”  (Key to the White House) həqiqətən də Ağ Evə gələn hər qonağa təqdim edilməyib. Əslində bir rəsmi və ya tarixi bir prosedur olmasa da, bu jest, Donald Trump administrasiyasında bir növ fərdi, simvolik hədiyyə formasında təqdim olunur.
 
Sənədli qaydada təqdim edilmiş açarlar indiyədək bu şəxslərə hədiyyə olunub:
 
Benyamin Netanyahu
 
 
Tramp İsrailin baş naziri Benyamin Netanyahuya 2020-ci ilin sentyabrında Ağ Evdə keçirilən görüşdə bürüncdən hazırlanmış simvolik açarı hədiyyə olaraq təqdim edib.
 
İlon Mask
 
 
Texnologiya və biznes dünyasının öndə gedən simalarından biri İlon Maska da oxşar hədiyyə təqdim olunub. Belə ki, 2025-ci ilin may ayında Tramp "Hökumətin Effektivliyi Departamentinin” yaradılmasındakı töhfəsinə görə Maska qızılı rəngdə simvolik açar hədiyyə edib.
 
Taro Aso
 
 
2024-cü ilin aprelində seçki kampaniyası dönəmində Tramp Yaponiyanın keçmiş baş naziri Taro Aso ilə Nyu-Yorkda görüş keçirib. Tramp sabiq baş nazirə də simvolik olaraq Ağ Evin açarını təqdim edib. 
 
İlham Əliyev
 
 
Avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ hökumətləri arasında Strateji İşçi Qrupunun yaradılması haqqında anlaşma Memorandumunun imzalanmasından sonra ABŞ Prezidenti Donald Trump Azərbaycan Prezidenti İlham Əliyevə Ağ Evin rəmzi açarını təqdim edib.
 
Qeyd edək ki, daha çox siyasi və media manevri kimi qiymətləndirilən bu jest ölkə daxilində və beynəlxalq əlaqələrdə müəyyən mesaj çatdırmaq üçün istifadə olunur. Yəni Trampdan öncəki ABŞ rəhbərləri belə bir hədiyyə təqdim etməyiblər. Bu, Trampın şəxsi təşəbbüsüdür və həqiqətən də çox hörmət etdiyi, tarixdə iz qoyacaq şəxslərə təqdim edilir.
 
Ağ Evin açarlarının Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilməsi dövlət başçımızın regiondakı və dünyadakı nüfuzu, siyasi arenadakı roluna dəyər verilməsi mesajını daşıyır. Bu, dostluğun, diplomatik əlaqələrin, həmçinin İlham Əliyevin uğurlu imicinin göstəricisidir.
 
0