8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.
Ermənistanla sülh müqaviləsinin mətni ilə bağlı fikir bildirən politoloq Mətin Məmmədli Hit.az-a deyib ki, bu sənəd iki ölkə arasında davamlı sülhün əldə olunması üçün ciddi bir zəmin formalaşdırır:
“Sənədin mətnindən tam aydın olur ki, Azərbaycanın sülh gündəliyi bu müqavilənin hazırlanmasında xüsusi olaraq nəzərə alınıb. Sənəddə üçüncü tərəfin Azərbaycan Ermənistan sərhədində yerləşdirilməməsi də qeyd edilib. Azərbaycan tərəfi hər zaman qeyd edib ki, üçüncü tərəflərin mövcudluğu sülhə xidmət etmir, əksinə sülh prosesinə mənfi təsir edir, regionda problemlərə səbəb olur. Tərəflər dözümsüzlik, ayrı-seçkilik, separatism, zorakılıq və terrorizmi pisləyir. Bu məsələnin müqavilədə öz əksini tapması əhəmiyyətlidir. Ümumiyyətlə, sülh mətnində olduqca mühum məqamlar yer alıb”.
Sevinc