Rusiyada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

SİYASƏT
13:38 / 15.08.2025
40

Gələn həftə Rusiyada Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək.

Trend bu barədə etibarlı mənbələrdən məlumat əldə edib.

Qeyd edək ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevdir.

Xatırladaq ki, 2024-cü ilin avqustun 9-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclası keçirilib.

0