“Azərbaycanın Rusiya ilə düşmənçilik etmək fikri yoxdur”

SİYASƏT
17:36 / 08.09.2025
65

Rusiya Xarici İşlər Nazirliyi iddia edib ki, guya Aktau yaxınlığında baş verən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı 11 milyonluq sığorta kompensasiyası ödənilib. 

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə bu açıqlamanı təkzib edərək , bildirib ki, Rusiya belə yalan məlumatlarla Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmağa çalışır.

Qəza zamanı həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev də açıqlama verərək bildirib ki, ailəsinə heç bir kompensasiya ödənilməyib.

Moskva niyə davamlı şəkildə yalan danışır və faciədə həlak olan insanların ailələrinin acı xatirələri ilə oynayır? 

Millət vəkili Aydın Mirzəzadə Hit.az-a deyib  ki, Rusiya bunu rəsmi şəkildə sənədlə sübut etməlidir:

“Azərbaycan bunun əksini deyir, Rusiya isə başqa söz. Biz qayda qanunla, sübutla dediyimizin arxasındayıq, Rusiyada dediyini sübut etsin. Rusiya ilə bizim münasibətlər fundamental əsaslar üzərindədir. Azərbaycanın Rusiya ilə düşmənçilik etmək fikri yoxdur. Sadəcə olaraq , biz baş vermis hadisəyə görə qürurumuzu qoruyuruq, cinayət törədənlərin cəzalandırılmasını, vurulmuş təyyarənin ödənişinin edilməsini, sığorta ödənilməsini tələb edirik. Boş bəyanatlarla məsələ həll olunmur”.

Sevinc
 

1