"İran Güney Azərbaycandan qorxur" - AÇIQLAMA

SİYASƏT
12:52 / 09.09.2025
77

"İran rejimi Güney Azərbaycandan çox qorxur".

Bu sözləri siyasi şərhçi Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib. 

O, bunun səbəbləri barədə danışıb:

"Təbii ki, bunun tarixi kökləri var. Bu gün İran siyasi sisteminə farslar rəhbərlik edir. Lakin onlardan əvvəl adıçəkilən ölkəni Azərbaycanəsilli şəxslər idarə ediblər. Bu səbəbdən də Tehran hakimiyyəti azərbaycanlıları özlərinə siyasi rəqib kimi görürlər". 

Ekspert qeyd edib ki, İranda nüfuz baxımından da azərbaycanlılar farslarla bərabər saya sahibdir:

"Xüsusilə Güney Azərbaycanda isə nüfuzun 90 faizdən çoxu bizim soydaşlarımızdır. Hətta bu say bəzi bölgələrdə 95 və 98 faizə qədər belə çatır. Təkcə paytaxt Tehranda isə 7-8, bəzən də Güney azərbaycanlıların sayının 10 milyon olduğu təxmin edilir. Yəni İranda çox böyük azərbaycanlı nüfuzu vardır. Ona görə də, farslar bizi özlərinə siyasi rəqib sayırlar. Bundan başqa, bizim 1925-ci ilə qədər İranda dövlətçilik keçmişimizin olduğunu da unutmaq olmaz".

381470 

Məhsa Mehdili diqqətə çatdırıb ki, İran rejimi həm Cənubi, həm də Şimali Azərbaycanı hər zaman özünə təhdid olaraq görüb:

"İran bir gün Azərbaycan dövlətinin sərhədlərinin genişləyə biləcəyindən və Güney Azərbaycanın müstəqil olacağından ehtiyat edir. İran ağıllı bir şəkildə idarə olunsaydı, qonşuları ilə xoş münasibətlər qurardı. Amma Tehran hakimiyyəti həmişə azərbaycanlılara düşmən kimi baxıb. Buna görə Güney Azərbaycanı da sevmirlər. 

İran Azərbaycan dövlətinin bölgədəki yüksəlişini və uğurlu xarici əlaqələrini həzm edə bilmir. Çünki Tehran hakimiyyəti bunları bacarmır. Əksinə, İranın xarici əlaqələri çox bərbad vəziyyətdədir".

Həmsöhbətimiz fikirlərini belə yekunlaşdırıb:

"Həm Güney azərbaycanlıların vətən anlayışı və türk kimliyini mənimsəyiblər, həm də Güney Azərbaycan Milli Hərəkatının güclənməyə davam edir. Bütün bu faktorlar yan-yana gəldiyində isə İranın Güney Azərbaycandan qorxmasına çox normal baxıram. Bunda Tehranın yanlış siyasətinin də çox böyük pay var".

Pərviz

0