Sülh müqaviləsi Ermənistandakı seçkilərdən öncə imzalanacaq?

SİYASƏT
09:40 / 22.09.2025
45

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün çox real bir zəmin yaranıb".

Bu sözləri politoloq Rusif Məmmədsoy Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Bakı ilə İrəvan arasındakı münasibətlər son dövrlərdə daha da istiləşib:

"Nəzərə alaq ki, həm Azərbaycan nümayəndələri İrəvana gedib, həm də Ermənistan rəsmiləri ölkəmizə gəlib. Yaxın günlərdə yekun sülh sənədi ilə bağlı bəzi detalların razılaşdırılmasını da ehtimal etmək mümkündür".

382396

Ekspert xatırladıb ki, son zamanlarda Azərbaycanla Ermənistan arasında ilin sonunda və ya gələn ilin əvvəlində sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı bəzi açıqlamalar verilib:

"Bütün bu açıqlamalar sülh müqaviləsinin yaxın zamanda imzalanma ehtimalını daha da artırır. Eyni zamanda, Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər də mütləq şəkildə yerinə yetirilməlidir. Əks təqdirdə, sülh müqaviləsinin dayanıqlı olması ciddi şübhə altına düşə bilər". 

Rusif Məmmədsoy vurğulayıb ki, Ermənistan Konstitusiyası dəyişilməlidir:

"Ermənistan Konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları çıxarılmalıdır. Yəni rəsmi İrəvan Bakının tələblərini həyata keçirilməlidir. Bunlar olacağı təqdirdə, tərəflər arasında sülh müqaviləsi Ermənistandakı parlament seçkilərindən əvvəl də keçirilə bilər. 

Yəni referendum seçkidən əvvəl keçirilsə, bu addımın atılma ehtimalı yüksəkdir. Ancaq hesab edirəm ki, Ermənistanda seçkilərlə referendumun eyni gündə keçirilmə də ehtimalı olduqca böyükdür. O nöqteyi-nəzərdən sülh müqaviləsinin seçkilərdən sonra imzalanacağını düşünürəm". 

Pərviz

0