Türkiyə Prezidenti: Qarabağ sonsuzadək Azərbaycandır

SİYASƏT
13:24 / 27.09.2025
42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabr Anım Günü ilə bağlı X hesabında paylaşım edib.

HİT.az xəbər verir ki, paylaşımda deyilir:

"Dostumuz, qardaşımız Can Azərbaycanımızın Anım Günündə böyük bir qəhrəmanlıq nümunəsi sərgiləyərək Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını azadlığına qovuşduran şəhidlərimizi rəhmətlə, qazilərimizi isə hörmətlə yad edirəm.

Qarabağ sonsuzadək Azərbaycandır!"


 

0