III MDB oyunlarının Xankəndində keçirilməsinin siyasi əhəmiyyəti

SİYASƏT
20:58 / 30.09.2025
59

Beynəlxalq tədbirlər məkanına çevrilən ölkəmizdə təşkil edilən III MDB Oyunları Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöllə yanaşı, işğaldan azad edilən  Xankəndidə də keçirilir və qalib adı uğrunda gərgin mübarizə davam edir. 

Xankəndi şəhəri oktyabrın 2-dən 5-dək kamandan oxatma üzrə yarışlara evsahibliyi edəcək.

Maraqlıdır, III MDB oyunlarının  Xankəndində keçirilməsinin nə kimi rəmzi mənaları və mesajları var?

Millət vəkili Aydın Mirzəzadə Hit.az-a şərhində deyib ki, III MDB oyunlarının Azərbaycanın bütün bölgələrində keçirilməsi Azərbaycanın idman ölkəsi olduğunu dünya bir daha göstərdi:

“İdman qurğuları, infrastruktur bu gün dünya standartlarına cavab verir. Azərbaycanda ən yüksək səviyyədə olimpiadalar, idman yarışları keçirilir. Bu il ilk dəfə olaraq Xankəndində MDB oyunlarının bir növü üzrə yarışlar keçiriləcək. Artıq Xankəndi müasir şəhər statusu alıb və bunu beynəlxalq arenaya göstərir. Xankəndində məlum yarışın keçirilməsi yüksək səviyyədə təmin olunacaq”.

Sevinc

0