Fransa prezidenti İlham Əliyevi və Paşinyanı təbrik etdi

SİYASƏT
14:04 / 02.10.2025
55

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı sülh prosesində irəliləyişlərə görə təbrik edib.

HİT.az xəbər verir ki, bunu Makron Kopenhagendə "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində panel müzakirəsində bildirib.

"Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanı iki ölkə arasında sülhə nail olmaları münasibətilə təbrik edirəm", - E.Makron qeyd edib.
 

0