Prezident AZAL-ın təyyarə qəzası ilə bağlı vəziyyətə şəxsən nəzarət etdiyinə görə Putinə minnətdarlığını bildirib

SİYASƏT
16:37 / 09.10.2025
67

Azərbaycan Prezidenti İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.

HİT.az bu barədə Azərtac-a istinadən xəbər verir.

"Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. <…> Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim”, - deyə dövlətimizin başçısı bildirib.

0