İsveçrədə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan arasında görüş keçiriləcək.
Hit.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Simonyan sosial şəbəkə hesabında məlumat yayıb.
Vurğulanıb ki, iki ölkə parlamentinin sədrləri arasında görüş oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutacaq.
Onların sonuncu görüşü 2025-ci ilin aprelində Sankt-Peterburqda olub.