Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə Yaqub Abdulla oğlu Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib.
HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, oktyabrın 24-də Yaqub Eyyubovun 80 yaşı tamam olur. O, 1997-199-cu illlərdə Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri, 1999-2003-cü illərdə baş nazirin müavini olub, 2003-cü ildən baş nazirin birinci müavinidir.