Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - VİDEO

SİYASƏT
11:25 / 10.11.2025
38

Kanadanın Ontario əyalətində yerləşən Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Hit.az xəbər verir ki, bu barədə Azərbaycan Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, Niaqara şəlaləsi 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xüsusi dizaynla Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

 

 

0