"Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə səsləndirdiyi fikirlər Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini göstərir. Prezident vurğuladı ki, Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. Bu dəhliz təkcə Azərbaycanın daxili birliyini təmin etməyəcək".
Bu fikri Hit.az-a millət vəkili Aydın Hüseynov deyib.
O bildirib ki, Azərbaycan artıq regionun ən müasir nəqliyyat infrastrukturuna sahibdir:
“Zəngəzur dəhlizi açıldıqdan sonra Orta Dəhlizin yükgötürmə qabiliyyəti daha da artacaq. Mərkəzi Asiya ölkələri Avropa bazarlarına daha qısa, daha ucuz və daha təhlükəsiz marşrutla çıxış əldə edəcək”.
Sevinc


