Qətərdə keçirilən “Doha Forumu” çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətər Əmirinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Əhməd əl-Misnadla görüşüb.
HİT.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün “X” hesabında məlumat verib.
“Bu gün Qətər əmirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, qardaşım Əhməd əl-Misnadla görüşdüm. İkitərəfli əlaqələri, eləcə də regional və beynəlxalq yenilikləri müzakirə etdik”, Hikmət Hacıyev qeyd edib.
Today I met with my brother Mohammed bin Ahmed Al-Misnad, National Security Adviser to the Emir of Qatar.
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 6, 2025
We discussed bilateral relations as well as the regional and international developments. pic.twitter.com/OFmV6cus93


