Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

SİYASƏT
14:54 / 06.12.2025
46

Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqaz regionunda legitimliyi, qanuniliyi və beynəlxalq hüququn üstünlüyünü təmin edib.

"Report" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dohada keçirilən beynəlxalq forumda bildirib.

"Biz ədalətli sülhə əsaslanaraq Cənubi Qafqazda yeni reallıqlar və yeni status-kvo yaradırıq. Sülh dağa qalxmağa bənzəyir, ona görə də qarşımızda çox iş var", - o qeyd edib.

Prezidentin köməkçisi əlavə edib ki, Bakı və İrəvan rəsmiləri müxtəlif kanallar vasitəsilə müntəzəm təmasdadırlar və əldə edilmiş razılaşmaların tam həyata keçirilməsi üzərində fəal işləyirlər.

0