"Ötən 20 ildə ölkəmizin iqtisadi gücünü möhtəşəm Ordu quruculuğuna yönəldərək, əsas milli amalımız olan torpaqlarımızı işğaldan azad etdi.Azərbaycanın qazandığı bütün uğurların təməlində məhz Ulu öndərin uzaqgörən iqtisadi dühası dayanır”.
Bu fikirləri Hit.az-a millət vəkili Aydın Hüseynov deyib.
O bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı Ümummilli liderimiz Heydər Əliyevin ölkəyə ikinci dəfə rəhbərliyə dəvət olunması ilə Azərbaycanın əbədi müstəqilliyinin qorunub saxlanması, gələcək inkişafının möhkəm təməlləri qoyuldu:

"Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı.Ulu Öndərin ən çox diqqət yetirdiyi məsələ islahatların mükəmməl qanunvericilik bazasının yaradılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması olmuşdur. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox Fərman və Sərəncam imzalanmış, 30-a yaxın Dövlət Proqramı təsdiq edilmişdir. 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft strategiyası isə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında və ölkəyə xarici investisiyaların cəlb olunmasında həlledici rol oynadı. Əsrin müqaviləsi”nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Azərbaycanın mənfəət nefti dünya bazarlarına ixrac olundu, eyni zamanda qlobal əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin çəkilişi həyata keçirildi. Ümummilli liderin müəyyən etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri infrastrukturun inkişaf etdirilməsi olmuş, Azərbaycanın beynəlxalq nəqliyyat sisteminin gücləndirilməsi üçün TRASEKA, Şimal-Cənub, İNOGEYT Proqram layihələri həyata keçirilib. Ulu öndərin müəllifi olduğu mükəmməl iqtisadi model Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoydu".
Sevinc


