"Amnistisiya aktı Azərbaycan dövlətinin parlaq səhifələrindən birinə çevrilib"

SİYASƏT
15:12 / 16.12.2025
55

"Amnistisiya aktı Azərbaycan dövlətinin parlaq səhifələrindən birinə çevrilib. Həm ulu öndər Heydər Əliyevin, həm Prezident İlham Əliyevin dövründə dəfələrlə amnistisiya təşəbbüsü ilə çıxış edilib. Parlament tərəfindən də bu təşəbbüs dəstəklənib". 

Bu fikirləri Hit.az-a millət vəkili Aydın Mirzəzadə deyib. 

O bildirib ki, amnistisiya vaxtilə cinayət törətmiş və cəzasından nəticə çıxaran, cəmiyyət üçün təhlükəli sayılmayan insanlara yenidən azadlığın bəxş edilməsi deməkdir: 

 "Tək amnistisiya düşən şəxs deyil, onun ailəsi, dostları da sevinir. Bu dəfə ki təşəbbüsün əhatə dairəsi və azadlığa buraxılacaq insanların sayına görə fərqlənir. 20 min insan azadlığına qovuşacaq. Cənab prezident İlham Əliyevin humanistlik nəticəsində həmin insanlara yenidən şans veriləcək. Amnistisiya təşəbbüsü bir daha göstərir ki, Azərbaycan dövləti hər zaman hər vətəndaşın yanındadır. Dövlətin güclənməsi, vətəndaş hüquqlarının qorunması, təhlükəsizliyun təmin edilməsi, vaxtilə səhv etmiş insanlara yenidən şans verilməsi Azərbaycan dövlətinin əsas atributlarından biri hesab olunur".

Sevinc
 

0