Anar İsgəndərov "Şöhrət" ordeni ilə təltif edildi

SİYASƏT
15:58 / 09.01.2026
94

Anar Camal oğlu İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib.

HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Orden Anar İsgəndərova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə verilib.

Qeyd edək ki, Anar İsgəndərov Milli Məclisin deputatı və Elm və təhsil komitəsinin sədridir. Sabah onun 70 yaşı tamam olur.

0