İrandakı mitinqdə Azərbaycan şüarı nəyə hesablanıb? - ŞƏRH

SİYASƏT
11:12 / 13.01.2026
97

İranda keçirilən hakimiyyət tərəfdarı mitinqdə diqqətçəkən və mübahisə doğuran şüar səsləndirilib. 

Belə ki, mitinq iştirakçıları tribunadan “Azərbaycan heç vaxt Xameneyidən imtina etməyəcək” ifadəsini səsləndiriblər. 

Maraqlıdır, mitinq iştirakçıları bununla nə  mesaj veriblər? 

Siyasi şərhçi Tural İsmayılov Hit.az-a şərhində deyib ki, İranda keçirilən hakimiyyət tərəfdarı mitinqdə səsləndirilən “Azərbaycan heç vaxt Xameneyidən imtina etməyəcək” şüarı əslində, siyasi ritorikanın bir nümunəsidir: 

389491

“Bu ifadə ilə mitinq təşkilatçıları Güney Azərbaycan əhalisini bütövlükdə rəhbərə bağlı göstərmək, onların mövqeyini vahid sadiqlik kimi təqdim etmək istəyiblər. Burada məqsəd həm daxili auditoriyaya, həm də xarici müşahidəçilərə “Azərbaycan xalqı rəhbərə bağlıdır” mesajını verməkdir.  Lakin bu şüar Güney Azərbaycanın real ictimai-siyasi mənzərəsini tam əks etdirmir".

Ekspert qeyd edib ki, cəmiyyət daxilində müxtəlif düşüncə və yanaşmalar mövcuddur:

"Bir qismi hakimiyyətə loyal ola bilər, digərləri isə milli kimlik, mədəni hüquqlar və siyasi azadlıqlar uğrunda mübarizə aparır. Ona görə də mitinqdə səslənən bu cür şüarlar daha çox siyasi nümayiş xarakteri daşıyır və bütün Güney Azərbaycanı təmsil etmir. Belə ifadələr, əslində, Azərbaycan türklərinin mövqeyini monolit göstərmək cəhdidir. Halbuki reallıqda bölgədəki ictimai rəy çoxşaxəlidir və “Azərbaycan heç vaxt Xameneyidən imtina etməyəcək” kimi iddialar yalnız müəyyən qrupların səsləndirdiyi şüarlardır”.

Sevinc

0