Siyasi partiyaların mövcud vəziyyəti müzakirə ediləcək
SİYASƏT
19:05 / 21.01.2026
69
Milli Məclisdə siyasi partiyaların mövcud vəziyyəti ilə bağlı müzakirələr aparılacaq.
Hit.az xəbər verir ki, bu məsələ Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı il yaz sessiyası üçün İş Planına daxil edilib. Belə ki, yaz sessiyasında komitədə ayrı-ayrılıqda siyasi partiyaların, ictimai birliklərin və dini abidələrin mövcud durumu mövzusunda ictimai müzakirələrinin keçirilməsi planlaşdırılır.